İlon Mask: “Starmer ABŞda prezident seçkilərinə xələl gətirməyə çalışıb”

13.01.2025

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı milyarder Böyük Britaniyanın Baş nazirini seçkilərə müdaxilədə ittiham edib

Amerikalı milyarder, “Tesla”nın sahibi İlon Mask hesab edir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ-da prezident seçkilərinə xələl gətirməyə çalışıb.

AYNA xəbər verir ki, "O, ABŞ seçkilərinə xələl gətirmək üçün Amerikaya agentlər göndərdi", - deyə Mask özünün “X” sosial şəbəkəsində yazıb.

Mask daha əvvəl demişdi ki, Starmer istefa verməli və İngiltərənin şimalında onilliklər ərzində yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi zorakılıqda iştirak etdiyinə dair iddialara görə məhkəmə qarşısına çıxmalıdır.

“Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, Mask Krallıqda keçiriləcək növbəti parlament seçkilərinə qədər öz tərəfdaşları ilə Starmerin vəzifəsindən uzaqlaşdırılması imkanını müzakirə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью