İlon Mask “TikTok”u alır? Rəsmi açıqlama

14.01.2025

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bloomberg News” iddia edir ki, İlon Mask “TikTok”un alınması ilə bağlı Çinlə danışıqlar aparır.

Publika.az xəbər verir ki, Çin rəsmiləri “TikTok”a olan qadağanın qarşısını ala bilməsələr, şirkət milyarder İlon Maska satıla bilər.

Həmçinin “TikTok”un ABŞ əməliyyatlarının rəqabətli bir proses və ya hökumət vasitəsilə razılaşma yolu ilə satıla biləcəyi bildirilib. Tətbiqin gələcəyinin artıq yalnız “ByteDance”in nəzarətində olmadığı da vurğulanıb. Xəbərdə deyilir ki, Çin hökumətinin “ByteDance”də əhəmiyyətli payı var.

Bununla belə, məsələ ilə bağlı “TikTok” sözçüsündən cavab gəlib. O, bunu tamamilə uydurma adlandırıb və iddiaları təkzib edib.

Keçən həftə bildirilib ki, Ali Məhkəmə Çinlə bağlı milli təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə “TikTok”un ABŞ-da yanvarın 19-dək satışı və ya qadağan edilməsini tələb edən qanunu təsdiqləməyə yaxındır.

Aysel Şahmar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью