İlon Mask Trampın qələbəsini belə qeyd etdi FOTO

06.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləyən milyarder, iş adamı İlon Mask ilk paylaşımını edib.

Sfera.az bildirir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında yazıb. 

“Game, set and match”, -  Mask bildirib.

Qeyd edək ki, bu, ingilis dilində istifadə olunan frazadır. Belə ki, tennis matçının sonunda səsləndirilir. Kiminsə qələbə qazandığı istənilən vəziyyətdə yumoristik şəkildə istifadə olunur. 

Beləliklə, İlon Mask bu paylaşımla Trampın qələbəsini qeyd edib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də keçirilən seçkilərin qeyri-rəsmi açıqlanan nəticələrinə əsasən, parlamentdəki yerlərin 270-ni Respublikaçılar qazanıb.

Günay  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью