İlon Mask Trampın “Sülh Şurası”nı kinayəli zarafatla məsxərəyə qoydu

23.01.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Keçən il Donald Trampla səs-küylü mübahisə yaşayan amerikalı milyarder İlon Mask ABŞ prezidentinin “Sülh Şurası” yaratmaq niyyətini istehza ilə qarşılayıb.

Bizimyol.info xəbər verir ki, o, bununla bağlı açıqlamasını Davosda keçirilən Beynəlxalq İqtisadi Forum zamanı verib.

Qlobal təhlükələr və bəşəriyyətin bir növ kimi sağ qalması üçün digər planetlərdə insan koloniyalarının yaradılmasının zəruriliyi barədə danışan Mask auditoriyadakı gərginliyi zarafatla yumşaltmaq qərarına gəlib.

O, ingilis dilində “peace” (sülh) və “piece” (parça, pay) sözlərinin səsləşməsinə əsaslanan söz oyunu işlədib: “Deyirlər, sülh sammiti yaradılır. Elə bil söhbət “bir parça”dan gedir. Yəni Qrenlandiyadan kiçik bir parça, Venesueladan kiçik bir parça. Bizim istədiyimiz yalnız sülhdür”, - deyə qeyd edib.

("I heard about the formation of the peace summit. I think it was like that "P-I-E-C-E"? You know, a little piece of Greenland, a little piece of Venezuela. All we want is peace").

Maskın bu sözləri auditoriyada alqış və gülüşlə qarşılanıb.

Davosda keçirilən Dünya İqtisadi Forumunun kuluarlarında Donald Tramp “Sülh Şurası”nın fəaliyyətə başladığını elan edib. Onun sözlərinə görə, bu təşəbbüsə dünyanın müxtəlif regionlarından 20-dən çox ölkə qoşulub. Yeni qurum BMT ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək, həmçinin Qəzzanın demilitarizasiyası və bərpası üzrə təşəbbüslərin həyata keçirilməsi üçün alət rolunu oynayacaq. Daha geniş perspektivdə isə qlobal təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir.

Bu hadisə Trampın xarici siyasətində aqressivliyin kəskin artdığı bir dövrdə baş verib — Venesuela diktatoru Nikolas Maduronun oğurlanması ilə bağlı bəyanatlardan tutmuş, “Venesuelanı idarə etmək” niyyətinə və Qrenlandiyanın ABŞ-a birləşririlməsi tələblərinə qədər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью