İlon Mask Trampla bağlı yazdığı statusu sildi

07.06.2025

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

İlon Musk ABŞ prezidenti Donald Trampın Epsteynin “pedofil” işində əli olduğunu bildirən yazılarını silib.

AzPost bildirir ki, 2 gün əvvəl yazdığı status böyük rezonans doğurmuşdu.

Həmin statusda Mask Trampın Epşteynin “Pedofil” işində əli olduğunu iddia edib.

“Böyük bomba partlatmağın vaxtı gəldi: Tramp Epstein fayllarındadır. Onların açıqlanmamasının əsl səbəbi budur. Gələcəkdə istinad üçün bu postu işarələyin. Həqiqət ortaya çıxacaq”, – deyə Mask yazmışdı.

“Epşteyn faylları” cinsi alveri üzrə maliyyəçisi Cefri Epşteynlə əlaqəsi olan 150-dən çox insanın adlarını açıqlayan gizli sənədlərdir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью