İlon Mask trilyonçu statusunu itirib

24.06.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 iyun, AZƏRTAC

Amerikalı sahibkar İlon Maskın sərvəti 1 trilyon dollardan 957 milyard dollara düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” tərəfindən açıqlanan “Billionaires Index” məlumatında bildirilib.

Məlumata görə, son dəyişikliklər nəticəsində Maskın sərvəti 118 milyard dollar azalıb.

Xatırladaq ki, iyunun 12-də “SpaceX” səhmlərinin ticarətə başlamasından sonra Mask sərvəti 1 trilyon dolları ötən ilk şəxs olmuşdu. Beləliklə, o, təxminən iki həftə ərzində trilyonçu statusunu qoruyub saxlayıb.

İyunun 22-də yayılan məlumatlara əsasən, süni intellekt layihələrinin maliyyələşdirilməsi məqsədilə investisiya dərəcəli istiqraz təklifinin elan edilməsindən sonra “SpaceX” səhmləri ardıcıl üç gün ucuzlaşıb. Eyni zamanda, ticarət məlumatlarına görə, “Tesla” səhmləri iyunun 16-dan etibarən 4,14 faiz, “SpaceX” səhmləri isə 17,13 faiz dəyər itirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью