İlon Mask USAID in ləğvi prosesinin getdiyini açıqladı

03.02.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin hökumətin səmərəliliyi departamentinin rəhbəri İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinin davam etdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, İ.Mask bu barədə özünün "X" səhifəsində yayımlanan videoda qeyd edib.

"Biz USAID-in ləğvi prosesindəyik", - deyə İ.Mask qeyd edib.

İ.Maskın sözlərinə görə, artıq USAID-in fəaliyyətini bərpa etmək mümkün deyil.

"Bu alma artıq qurdlu da deyil, o, sadəcə bir parça qurddur... Alma olmadığı üçün o, birdəfəlik atılmalıdır", - deyə İ.Mask qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью