İlon Mask X ə yeni funksiya əlavə edəcək

20.10.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikalı sahibkar İlon Maska məxsus "X" sosial şəbəkəsi istifadəçilərin unikal adlarının ticarəti üçün öz platformasını işə salmağa hazırlaşır.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu, artıq "Telegram"da mövcud olan xidmətə bənzəyir.

"X"də "Handle Marketplace" adlı xüsusi təsdiqlənmiş profil yaradılıb və o, platformanın tezliklə başlayacağının anonsunu verib.

Burada istifadəçilər əvvəllər tutulmuş, lakin indi aktiv olmayan istifadəçi adlarına iddia edə biləcəklər.

Hal-hazırda bu funksiya yalnız "Premium Businesses Full Access" səviyyəli abunəçilər üçün əlçatandır. Xidmət tam işə salındıqdan sonra "Premium+"a abunə olan istifadəçilər də istədikləri adı əlavə maliyyə xərcləri olmadan tələb edə biləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью