İlon Mask yenə Olaf Şoltsu təhqir etdi KONKRET

22.01.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı milyarder İlon Mask Almaniya kansleri Olaf Şoltsun Donald Trampın yaxın çevrəsindən Avropa ifrat sağçılarının dəstəyini qəbuledilməz adlandırmasından sonra onu təhqir edib.

KONKRET.az xəbər verir ki, Mask bu barədə özünün “X” sosial hesabında yazıb: “Ayıb olsun sənə, axmaq Şolts”. Davosda keçirilən Dünya İqtisadi Forumunda Şolts ABŞ prezidenti Donald Trampa ifrat sağçılarının dəstəyini qəbuledilməz adlandırıb: “Hər kəs istədiyini deyə bilər, hətta milyarder də  öz fikrini ifadə etməkdə sərbəstdir. Amma qəbul etmədiyimiz məsələ  ifrat sağçı mövqelərlə bağlıdır”,-deyə Solts bildirib.  Bundan əvvəl Mask “X” sosial hesabında Maqdeburqda yük maşınının Milad bazarında izdihamın üzərinə sürdüyü terror aktından sonra  Olaf Şoltsu  dərhal istefaya çağırmışdı. Həmin vaxt da ona “bacarıqsız axmaq” demişdi.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью