Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
Amerikalı iş adamı İlon Mask yeni layihəsi olan Grokipedia onlayn ensiklopediyasını təqdim edib.
Missiya.Az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.
Onun sözlərinə görə, burada məzmun " Grok " adlı süni intellekt tərəfindən yoxlanılır və istifadəçilər birbaşa oradakı məlumatları dəyişə bilməyəcəklər, lakin səhv məlumatlarla bağlı xəbərdarlıq təqdim edə bilərlər.
Mask əlavə edib ki, ilin sonuna qədər Grokipedia Wikipedia-dan məzmun almağı dayandıracaq.
İlahə Qənbərli
Missiya.Az