İlon Mask yenidən diqqətini Tesla ya yönəldəcək

25.04.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Maydan etibarən mənim Hökumətin Səmərəliliyi Departamentində işim azalacaq və Teslaya daha çox vaxt ayıracam.

Avtosfer.az xəbər verir ki, bunu iş adamı İlon Mask bəyan edib. Məşhur milyarder Teslanın geriləməsindən narahatdır və elektromobil sahəsinə yenidən diqqət yetirmək istəyir.

Statistikaya gəlincə, birinci rübdə Teslanın dövriyyəsi 19 milyard dollar, xalis mənfəəti  409 milyon dollar təşkil edib. Dövriyyədə ciddi azalma olmasa da, xalis mənfəət 70 faiz aşağı düşüb. Bu da bir daha Maskın Çin şirkətləri ilə rəqabətdə çətinlik çəkdiyini göstərir.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью