İlon Mask yenidən dünyanın ən varlı adamı seçilib

23.11.2024

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı sahibkar İlon Mask öz rekordunu yeniləyərək yenidən planetin ən varlı adamı olub.

"Ölkə.az" xəbər verir ki, “Bloomberg“ dünyanın ən varlı şəxslərinin siyahısını dərc edib.

Maskın sərvəti 347,8 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Qeyd edilir ki, 2021-ci ildə Mask rekorda imza atıb, həmin vaxt iş adamının sərvəti 340,4 milyard dollar təşkil edib.

Maskın ən yaxın rəqibi Ceff Bezosun sərvəti 219 milyard dollar olaraq qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью