İlon Mask Zelenskini istefaya çağırdı

15.10.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Amerikalı milyarder və sahibkar İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskini istefaya çağırıb.

Modern.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində istifadəçilərdən birinin paylaşımına münasibət bildirərkən yazıb.

“Beləliklə, qan tökülməsi davam edir... Zelenskinin getmək vaxtıdır”, – deyə milyarder qeyd edib.

Maskın şərh yazdığı paylaşımda Zelenskinin Ukraynada müharibənin başa çatmasından və prezident seçkilərinin keçirilməsindən ehtiyat etdiyi iddia olunub.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyətlə əlaqədar prezident seçkiləri təxirə salınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью