İlon Mask Zelenskini qəddarlıqda və qeyri insanilikdə ittiham edib

02.03.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən məşhur milyarder İlon Mask Ukrayna Prezidenti Vladimir Zelenskini **"qəddarlıq və qeyri-insanilik"**də ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, İlon Mask bu fikirləri iki il əvvəl paylaşdığı postun şərh bölməsində yazıb.
“Mən 2 il əvvəl demişdim ki, Ukrayna sülhə can atmalıdır, əks halda ağır itkilər verəcək. Sonuncu variant Zelenskinin seçimi idi. İndi o, bunu yenidən etmək istəyir. Bu, qəddar və qeyri-insanidir”, – Mask bildirib.
Qeyd edək ki, İlon Mask daha əvvəl də Ukraynada davam edən müharibə ilə bağlı mübahisəli açıqlamaları ilə gündəmə gəlib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью