İlon Maska AĞIR ZƏRBƏ: Tesla yeni direktor axtarır KONKRET

01.05.2025

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Wall Street Journal” (WSJ) qəzetinin verdiyi təəccüblü iddiaya görə, Tesla-nın İdarə Heyəti rəsmi şəkildə İlon Maskın yerinə yeni baş direktor axtarışına başlayıb. Məlumata görə, şirkətin maliyyə vəziyyətinin pisləşməsi, satışların azalması və Maskın Ağ Evdəki fəaliyyəti ilə bağlı vaxtının artması Tesla-da rəhbərlik dəyişikliyi ehtimalını gündəmə gətirib.

KONKRET.az xəbər verir ki, direktorlar şurası Maskla təkbətək görüş keçirərək, ona Tesla-da daha çox vaxt keçirməsinin vacibliyini açıq şəkildə çatdırıb.

Bu görüşdən sonra idarə heyətinin alternativ rəhbər axtarışlarına başladığı qeyd olunur.

Qeyd edək ki, bu dəyişikliklər hələ rəsmi təsdiqini tapmayıb və Tesla-dan məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью