İlon Maska ÇAĞIRIŞ: “Niyə rusların “Starlink”dən istifadəsini...”

28.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Varşava İlon Maskdan Rusiya ordusunun Starlink şəbəkəsinə girişini kəsməsini tələb edir

Polşanın xarici işlər naziri Radoslav Sikorski “Starlink” peyk telekommunikasiya şəbəkəsinin rəhbəri Elon Maska çağırış edib.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, O, “X” hesabında yazıb:

"Hey, İlon Mask, niyə rusların “Starlink”dən Ukrayna şəhərlərini hədəf almaq üçün istifadə etməsinin qarşısını almırsan? Müharibə cinayətlərindən pul qazanmaq brendinə zərər verir?!".

Qeyd edək ki, Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) Rusiyanın “Starlink” şəbəkəsindən hərbi istifadəsi ilə bağlı tvitinə cavab olaraq bildirib:

“Rusiya qüvvələri Ukraynada arxa cəbhəyə orta mənzilli zərbələr endirmək üçün “BM-35” hücum dronlarının mənzilini genişləndirmək üçün getdikcə daha çox “Starlink” peyk sistemlərindən istifadə edir”.

İnstitut onu da əlavə edib ki, “Starlink” ilə əlaqəli “BM-35” dronlarının iddia edilən 500 kilometrlik mənzili, Rusiyadan və ya işğal olunmuş Ukraynadan buraxılarsa, Ukraynanın əksər hissəsini, bütün Moldovanı və Polşa, Rumıniya və Litvanın bir hissəsini bu dronların mənzilinə daxil edə bilər”.

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov bazar ertəsi axşamı Rusiya qüvvələrinin dronları “Starlink” peyk sistemləri ilə təchiz etdiyini təsdiqləyib və bu problemə tez bir zamanda reaksiya verilməsinin vacibliyini vurğulayıb.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью