İlon Maska qarşı qanun layihəsi hazırlanır

05.02.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin Viskonsin ştatından olan konqresmen Mark Pokan (Demokratlar Partiyası) "ILON MUSK" adlı qanun layihəsi hazırlayır. Layihədə sahibkar İlon Maskın aktiv federal müqavilələr bağlaması qadağan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə amerikalı siyasətçi Mark Pokan "X" sosial şəbəkəsində yazıb.

"Federal agentliklərin Konqres üzvlərinə və digər federal işçilərə qoyduğu qadağalar ilon Maska da tətbiq edilməlidir", - deyə konqresmen bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью