Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Dünyanın ən varlı iş adamlarından biri, "Tesla” və "SpaceX” şirkətlərinin qurucusu İlon Maskın gələcəklə bağlı fikirləri müzakirələrə səbəb olub.
AZXEBER.COM xəbər verir ki, Maskın proqnozuna görə, qarşıdakı 3 il ərzində insanların gördüyü işlərin böyük hissəsi süni intellekt və robotlar tərəfindən yerinə yetiriləcək.
Nəticədə, bir çox peşəyə və insan əməyinə əvvəlki tələbat qalmayacaq.
Onun fikrincə, son 200 ildə mövcud olan, insanların vaxtını işə sərf edərək maaş qazandığı sistem ciddi dəyişikliklə üzləşəcək. Gələcəkdə əsas məsələ maaş almaq deyil, gəlir gətirən aktivlərə sahib olmaq olacaq.
Mask insanlara indidən Bitcoin, torpaq, enerji, texnologiya və digər gəlir mənbələrinə yatırım etməyi tövsiyə edən yanaşmanı müdafiə edir.
O hesab edir ki, süni intellektin əvəz edə bilməyəcəyi sahələrə sahib olmaq gələcəkdə böyük üstünlük yaradacaq.
Paylaşımda həmçinin bildirilir ki, gələcəkdə süni intellekt vasitəsilə insan yatarkən belə gəlir gətirən biznes sistemləri qurmaq daha vacib olacaq.
Fəridə Əsədzadə