İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz

31.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Neuralink" şirkəti görmə qabiliyyətini tamamilə itirmiş şəxslərə yenidən görmək imkanı qazandırmağı hədəfləyən "Blindsight" adlı yeni layihəsini ictimaiyyətə təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask sosial şəbəkə hesabında paylaşım edib.

"İkinci məhsulumuz "Blindsight" adlanır. Adından da göründüyü kimi, bu cihaz heç vaxt görməmiş və ya sonradan görmə qabiliyyətini itirmiş şəxslərə dünyanı görmək imkanı yaradacaq. Layihə texniki baxımdan tam hazırdır. Hazırda yalnız müvafiq tənzimləyici qurumlardan rəsmi icazənin alınması gözlənilir", - deyə sahibkar qeyd edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью