İlon Maskdan süni intellektlə bağlı xəbərdarlıq: 2029 cu ildə...

15.07.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Milyarder İlon Mask süni intellektlə bağlı növbəti iddiası ilə diqqət çəkib.

Turkustan.az xəbər verir ki, o, süni intellektin 2026-cı ildə insan səviyyəsini keçəcəyini, 2029-cu ilə qədər isə bütün bəşəriyyətin intellektual səviyyəsindən üstün olacağını ifadə edib.

"FOX Business"in yaydığı məlumata istinad edən Mask bu barədə özünün "X" hesabında yazıb.

O, süni intellektin potensial təhlükələrindən narahat olduğunu bir daha diqqətə çatdırıb. Sahibkar bu sahədə sərt tənzimləmə tədbirlərinə ehtiyac duyulduğunu vurğulayıb.

Mask süni intellekt yanlış şəkildə idarə olunduğu təqdirdə bu texnologiyanın sivilizasiyanın məhvinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. /publika.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью