İlon Maskdan Ukrayna ordusuna ağır zərbə

21.10.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynanın müharibədə kritik əhəmiyyət daşıyan “Starlink” peyk xidməti ilə bağlı ABŞ mediasında diqqətçəkən iddia yayılıb.

“Cebheinfo.az” “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, kosmik texnologiyalar şirkəti “SpaceX”in baş icraçı direktoru İlon Mask ötən həftə Ukrayna ordusunun döyüş meydanında rabitə və pilotsuz uçuş aparatlarının (PUA) əməliyyatları üçün istifadə etdiyi “Starlink” peyk xidmətinin hərbi məqsədlər üçün nəzərdə tutulan versiyasının sürətinin azaldılması barədə göstəriş verib.

Qəzetin ABŞ rəsmilərinə və məsələ ilə bağlı məlumatlı şəxslərə istinadən yaydığı xəbərə görə, peyk xidmətinə tətbiq edilən məhdudiyyətlər Ukraynanın Rusiyaya qarşı hücum və hava hücumundan müdafiə məqsədilə həyata keçirdiyi pilotsuz uçuş aparatı əməliyyatlarına mane olub.“The Wall Street Journal” İlon Maskın ABŞ Prezidenti Donald Trampla “Starlink” xidmətinin sürətinin azaldılması qərarından əvvəl bu məsələni müzakirə etdiyini də yazıb.
İlon Mask daha əvvəl “Starshield” adı ilə tanınan “Starlink” sisteminin hərbi versiyasından istifadəyə dair yekun qərarın ABŞ Prezidenti Donald Trampa məxsus olduğunu bildirmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Trampın Rusiyadan dizel yanacağının alınmasına dair razılaşmanı imzalamasından sonra dünən ilk dəfə ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.Norveçin paytaxtı Osloda keçirilən görüş barədə danışan Zelenski “Starlink/Starshield” sistemi ilə bağlı vəziyyətin yenidən qaydaya salınması da daxil olmaqla, bir sıra məsələləri müzakirə etdiklərini bildirib.

ABŞ-nin müdafiə naziri Pit Heqset də dünən Vaşinqtonun Ukraynanın “Starlink” peyk şəbəkəsinə çıxışını məhdudlaşdırmadığını deyib. O, yaranmış problemin Kiyevin əməl etməli olduğu xidmət şərtləri ilə bağlı olduğunu vurğulayıb. 

Əfsanə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью