İlon Maskdan yeni proqnozlar

24.07.2026

Icma.az, Azvision saytına istinadən bildirir.

Milyarder "The Economist" nəşrinə verdiyi müsahibədə bildirib ki, təxminən 10 ildən sonra robotlar və süni intellekt həm fiziki, həm də əqli əmək tələb edən işlərin böyük hissəsini icra edəcəklər. İnsanlar üçün işləmək isə sadəcə "könüllü seçimə" çevriləcək.Bu proses dünyada misilsiz bir bolluq yaradacaq və pul əvvəlki əhəmiyyətini itirəcək.
Maskın qənaətinə görə, maşınlar vasitəsilə mal və xidmətlərin istehsalı demək olar ki, qeyri-məhdud olacaq. Belə bir şəraitdə deflyasiya riski inflyasiya riskini üstələyəcək.
Bundan əlavə, Mask yaxın 20 ildə Britaniyada vətəndaş müharibəsinin baş vermə ehtimalını da istisna etməyib. Onun fikrincə, buna qərb dəyərlərinə zidd baxışların cəmiyyətdə yaratdığı gərginlik səbəb ola bilər.
Samir Quliyev
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью