İlon Maskın 13 övladı doğulub

15.02.2025

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məşhur milyarder İlon Mask 13-cü dəfə ata olub.

Axşam.az xəbər verir ki, yazıçı Eşli Sent Kler Maskdan övlad dünyaya gətirib. O, uşağın 5 ay əvvəl doğulduğunu, amma bunu gizlətdiyini bildirib.

"Bunu övladımızın məxfiliyini və təhlükəsizliyini qorumaq üçün açıqlamadım. Mediadan xahiş edirəm ki, övladımızın şəxsi həyatına hörmət etsinlər və müdaxilə xəbərlərindən çəkinsinlər" deyə, Eşli söyləyib.

İlon Mask 13-cü övladı ilə bağlı məlumatı nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, milyarderin Castin Uilsonla ilk evliliyindən altı, ən kiçiyi bir yaşında olan Siobhan Zilisdən üç, 2021-ci ildə ayrıldığı müğənni Qraymsdan üç övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью