Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Maskın 14-cü övladı dünyaya gəlib.
Axşam.az xəbər verir ki, Zilis bu barədə fevralın 28-də dərc olunmuş X yazısında bildirib.
O qeyd edib ki, 53 yaşlı Maskla ikinci oğlu Seldon Likurqusun valideynləridir. Seldonun nə vaxt doğulduğunu açıqlamayıb.
"Elon ilə müzakirə etdik və gözəl Arkadiyanın doğum günü münasibəti ilə biz oğlumuz Seldon Likurqus haqqında birbaşa paylaşmağın daha yaxşı olduğunu düşündük.
Onu çox sevirik" deyə, o, paylaşımında yazıb. Mask Zilisin paylaşımına ürək emojisi qoyub.
Qeyd edək ki, 52 yaşlı Maskla Zilisin4 övladı var. Bundan başqa Maskın daha yeddi övladı var.
Onun keçmiş həyat yoldaşı Castin Uilsondan ümumilikdə beş ortaq övladı var.