Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Errol Mask: "Ağıllı insan Rusiyada xoşbəxt olardı"
Amerikalı iş adamı və milyarder İlon Maskın atası Errol Mask dostlarına Rusiyaya köçməyi məsləhət gördüyünü deyib. AYNA.AZ xəbər verir ki, ata Mask bu barədə “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.
"Cənubi Afrikadan olan insanlara məsləhət gördüm: əgər Cənubi Afrikadan ayrılmaq istəyirsinizsə, Rusiyaya köçməyi düşünün", - deyə qeyd edib.
Mask vurğulayıb ki, Rusiya "hər hansı bir sağlam düşüncəli insanın yaşamaqdan məmnun olacağı" bir yerdir.
Errol Mask əvvəllər Qərbin Rusiya əleyhinə məhdudiyyətlərinin əsasən qarşıya qoyulmuş məqsədlərə çatmadığı fikrini bildirmişdi. Onun sözlərinə görə, hətta “Visa” və “Mastercard” beynəlxalq ödəniş sistemlərinin bağlanması belə ruslar üçün ciddi problem olmayıb, çünki ölkənin öz ödəniş alətləri uğurla işləyir.
Errol əvvəllər Rusiya vətəndaşlarına, onların təbəssümlərinə və qonaqpərvərliyinə heyran olduğunu bildirmişdi. O, rusların kin-küdurətdən uzaq və çox maraqlanan olduqlarını söyləmişdi.