İlon Maskın atası Trampı kimin əvəzləyəcəyini açıqladı

20.08.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Milyarder İlon Maskın atası Errol Mask ABŞ prezidenti Donald Trampı mümkün əvəzləyəcək siyasətçinin adını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 80 yaşlı Mask hazırki vitse-prezident Cey Di Vensin növbəti prezident olmaq üçün şanslarının yüksək olduğunu bildirib.

"Vensin əla şansları var və böyük ehtimalla Trampı o əvəzləyəcək" - deyə, Errol Mask bildirib. Bununla yanaşı o, hazırki dövlət katibi Marko Rubionu prezident postunda görmək istədiyini də qeyd edib.

Yeri gəlmişkən, "The Washington Post" qəzeti bir müddət əvvəl Donald Trampın sponsorları ilə söhbətində gələcəkdə Cey Di Vensi prezident postunda gördüyünü deməsini xəbər vermişdi. Qəzetin yazdığına görə, Vens artıq Respublikaçılar Partiyasının qeyri-rəsmi olaraq lideri kimi qəbul edilir.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью