İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı

15.11.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib.

Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 817 elektromobil sata bilib. Halbuki sentyabr ayında "Tesla" satış reytinqində dördüncü yerdə qərarlaşmışdı.

Müqayisə üçün, oktyabrda "Nio" 34 030, "Li Auto" isə 27 018 avtomobil satıb.

Reytinqə 250 301 avtomobil satışı və 22,4 faizlik bazar payı ilə BYD liderlik edir. İkinci yerdə "Geely" (131 708 avtomobil), üçüncü pillədə isə "Leapmotor" (83 573 avtomobil) qərarlaşıb.

"Xiaomi Auto" isə 50 123 avtomobil sataraq doqquzuncu pillədən altıncı yerə yüksəlib. Şirkətin satışları sentyabr ayı ilə müqayisədə 25,3 faiz artıb. Bu, ilk onluqda yer alan brendlər arasında ən yüksək artım göstəricisidir.

İlin əvvəlindən bəri qeydə alınan satış göstəriciləri də "Tesla" üçün ürəkaçan deyil. Belə ki, yanvar-oktyabr aylarında şirkət Çində 389 905 elektromobil satıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz azdır.

Nəticədə "Tesla" ilin ilk 10 ayının yekunlarına əsasən tərtib olunan ümumi reytinqdə beşinci pillədən yeddinci yerə geriləyib.

"Xiaomi" isə əksinə, 336 613 avtomobil satışı ilə ilk onluğa qayıdıb. BYD 1 milyon 945 min avtomobil sataraq liderliyini qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью