İlon Maskın bioqrafından şok iddia: O, çılğınlaşır və Amerika üçün təhlükə yarada bilər | …
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İlon Maskın bioqrafı Set Abramson məşhur milyarderin psixi sağlamlığının ciddi şəkildə pisləşdiyini və bunun ABŞ üçün təhlükə yarada biləcəyini iddia edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
Set Abramson bildirib ki, Mask son iki il ərzində həm internetdəki davranışı, həm də şəxsi həyatındakı açıqlamalarına görə, "zehni sabitliyini itirmək üzrədir".
Bioqrafın sözlərinə görə, Mask psixi problemlərini açıq şəkildə etiraf edib və ağır stress, eləcə də narkotik maddələrdən istifadəsi ilə bağlı məlumatlar yayıb.
"Əgər Mask yalnız adi bir biznesmen olsaydı, bu vəziyyət belə bir narahatlıq yaratmazdı.
Amma o, texnologiya və kosmos sahəsində strateji əhəmiyyətli təsisatlar idarə edir, bu isə vəziyyəti olduqca təhlükəli edir.
Üstəlik, onun prezidentliyə iddiaları bu narahatlığı daha da artırır", deyə Abramson vurğulayıb.
Tam oxu
Xəbəri oxu