İlon Maskın davamçısı axtarılır

01.05.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"Tesla"nın direktorlar şurası avtomobil şirkətinin baş direktoru vəzifəsinə İlon Maskın davamçısı axtarır.

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr qeyd edir ki, bu qərar şirkətin səhmlərinin qiymətinin aşağı düşməsi və investorların Maskın “diqqətini Ağ Evə yönəltməsindən” narazılığı fonunda qəbul edilib.

KİV bildirir ki, "Tesla"nın idarə heyəti üzvləri şirkətin növbəti CEO-nun tapılması üçün rəsmi prosesi hazırlamaq üçün bir neçə icraçı axtarış firması ilə əlaqə saxlayıblar.

Gülayə Mecid


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью