İlon Maskın keçmiş sevgilisi Trampa öz köməyini təklif etdi | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerikalı milyarder İlon Maskın keçmiş sevgilisi Eşli Sent-Kleer prezident Donald Trampla əlaqə saxlayaraq ona öz köməyini təklif edib.Modern.az xəbər verir ki, Eşli Sent-Kleer bunu Mask və Tramp arasında gərginliyin artması fonunda edib.
Eşli Sent-Kleer X sosial şəbəkəsində Trampa ünvanlanan çağırışında qeyd edib ki, məsləhətə ehtiyacı varsa, ona yazsın.
İlon Mask prezidentin təklif etdiyi büdcəni kəskin tənqid etdikdən və həmçinin onun köməyi olmadan Trampın 2024-cü il prezident seçiləb ilməyəcəyini dedikdən sonra onların münasibəti gərginləşib.
"Mən olmasam, Tramp uduzardı. Demokratlar Nümayəndələr Palatasına, respublikaçılar isə Senatda cəmi 51 yerə sahib olardılar.
Belə bir nankorluq", - Mask sonradan silinən paylaşımında yazıb.
Mask Donald Trumpın adının məhkum edilmiş cinsi cinayətkar Epstein ilə əlaqəli sənədlərdə keçdiyini də qeyd edib: "Əsl bombanı atmağın vaxtı gəldi: Donald Trampın adı Epsteinin fayllarındadır».
Eşli Sent-Kleer keçən il Maskla izdivacdan oğlan uşağı dünyaya gətirib.
Tam oxu
Xəbəri oxu