İlon Maskın sərvəti 376 milyard dollara çatıb

09.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“Tesla” və “SpaceX”in qurucusu, həmçinin “X” sosial şəbəkəsinin sahibi olan İlon Maskın ümumi sərvəti 376 milyard dollara çatıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə məlumat “Bloomberg Milyarderlər İndeksi” adlı (“Bloomberg Billionaires Index”) hesabatda yer alıb.
Bildirilir ki, Maskın sərvəti son bir gündə 14,1 milyard dollar artıb. Son 2 ayda Maskın sərvəti 100 milyard dollardann çox artıb.
“Bloomberg Milyarderlər İndeksi”ndə 2-ci sırada olan Amerika onlayn pərakəndə satış şirkəti "Amazon"un yaradıcısı Ceff Bezosun sərvəti isə 246 milyard dollar olub. Üçüncü yerdə isə 220 milyard dollarlıq göstərici ilə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью