İlon Maskın sərvəti rekord qırdı

24.11.2024

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin sahibi İlon Mask 347,8 milyard dollara çatan sərvəti ilə öz rekordunu yeniləyərək yenidən dünyanın ən varlı adamları siyahısında birinci olub.
Demokrat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Biznesmenin prezidentlik kampaniyası zamanı fəal şəkildə dəstəklədiyi Donald Tramp ABŞ seçkisində qalib gəldikdən sonra Maskın şirkətlərinin səhmləri kəskin bahalaşıb.
Qeyd edək ki, Mask əvvəlki rekordu 2021-ci ilin noyabrında, sərvətinin 340,4 milyard dollar dəyərində qiymətləndirildiyi vaxt müəyyən edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью