İlon Maskın şirkəti Texasdakı kosmik bazaya köçürüldü

13.12.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"SpaceX" kosmik korporasiyasının baş ofisi Texasdakı "Starbase"ə köçürülüb.

Publika.az xəbər verir ki, bu barədə şirkətin sahibi, amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsində yazıb .

“SpaceX"in qərargahı rəsmi olaraq Texas ştatının Starbase şəhərində yerləşəcək”, – Mask yazıb.

Yeni Texas şəhərinin adı (Starbase) birbaşa olaraq “kosmik baza” kimi tərcümə olunur və eyni zamanda "SpaceX" raket proqramının adını təkrarlayır. Şəhər eyniadlı kosmodromun yaxınlığında yerləşir və Mask raketlərini oradan buraxır.

Hüseyn İbadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью