İlon Maskın SpaceX şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı

28.10.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ukraynanın "Obria Nano" peyki orbitdə fəaliyyətə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın "Liga.net" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, peyk 2026-cı il oktyabrın 1-də "SpaceX Transporter-18" missiyası çərçivəsində orbitə çıxarılıb. Hazırda peyk sınaq mərhələsindədir və planlaşdırılmış proqram üzrə fəaliyyət göstərir.

Məlumatda qeyd olunub ki, peykin yaradılması ilə Ukraynanın "Himera" və Danimarkanın "GomSpace" şirkətləri məşğul olublar.

Bildirilib ki, "Obria Nano" gələcəkdə yaradılması planlaşdırılan Ukraynanın suveren peyk rabitəsi şəbəkəsinin ilk peykidir.

Qeyd edək ki, "SpaceX" şirkətinin qurucusu İlon Maskdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью