Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Tesla" şirkətinin rəhbəri və sahibkar İlon Maskın var-dövləti şirkət səhmlərinin bahalaşmasından sonra 26,5 milyard dollar artıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg Billionaires İndex" (BBİ) məlumat yayıb.
Əvvəlki ticarət sessiyasının yekunlarına görə, "Tesla"nın səhmləri 14,75% bahalaşıb.
BBİ-nin məlumatına görə, Maskın var-dövləti 290 milyard dollar səviyyəsindədir. Milyarder reytinqin birinci pilləsindədir.