İlqam Cəbiyev Lənkəran mediaturunda iştirak edib FOTO

11.09.2026

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə bir qrup jurnalistin iştirakı ilə Lənkərana mediatur keçirilib.

Mediatur çərçivəsində jurnalistlər Lənkəranın zəngin turizm potensialı, tarixi-mədəni irsi, təbiəti və yerli turizm imkanları ilə yaxından tanış olublar. Səfər zamanı bölgənin turizm məkanları ziyarət edilib, yerli sahibkarların fəaliyyəti ilə bağlı məlumatlar əldə olunub.

Mediaturda Doğru.az İnformasiya portalının rəhbəri İlqam Cəbiyev də iştirak edib. İlqam Cəbiyev səfər zamanı Lənkəranın turizm potensialını əks etdirən foto və video materiallar hazırlayıb.

Mediaturun əsas məqsədi Lənkəranın turizm imkanlarının media vasitəsilə daha geniş auditoriyaya tanıdılması və bölgəyə turist marağının artırılmasına töhfə vermək olub.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью