İlqar Əliyev “Azfinans”ı satıb

30.05.2026

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

“Azfinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) yeganə təsisçisi İlqar Əliyev payını satıb.

BOKT illik hesabatına görə, onun payını Fidan Axundova (70%) və Orxan Məmmədov (30%) alıblar.

“Azfinans” BOKT-un zərəri 87 %-dən çox artıb

“Azfinans” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 73 min manat zərərlə başa vurub. Bu, 2024-cü ilə nisbətən 87,2 % çoxdur.

Bu il yanvarın 1-nə “AzFinans”ın aktivləri 1,511 milyon manat olub ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur. Bunun 774 min manat müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 2,5 dəfə böyüyüb.

Hesabat dövründə “Azfinans”ın öhdəlikləri 6,15 dəfə artaraq 320 min manata, balans kapitalı isə 4,5 dəfə artaraq 1,191 milyon manata çatıb.

Xatırladaq ki, “Azfinans” BOKT 2021-ci ildə yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью