İlqar Mirzəyevin oğlunun toyudur Foto

28.12.2024

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev toyudur.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. 

Elvin Ülkər adlı xanımla evlənir. Cütlüyün toyu Bakıdakı restoranların birində baş tutur.

Onların nişan mərasimi iki ay əvvəl olub.

Qeyd edək ki, İlqar Mirzəyev 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısını alarkən şəhid olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью