İlqar Xəyalın oğlu Rusiyada mükafat aldı Video

26.08.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Kazanda “Yeni dalğa 2025” beynəlxalq musiqi müsabiqəsi başa çatıb.

“Qafqazinfo” “The Voice Mag” nəşrinə istinadən xəbər verir ki, müsabiqədə Azərbaycanı “Səs Azərbaycan” şousunun iştirakçılarından olan, “Karvan” qrupunun keçmiş solisti, müğənni İlqar Xəyalın oğlu Teymur Hənifəyev təmsil edib.

O, müsabiqədə “Tamaşaçıların seçimi” mükafatına layiq görülüb.

Mükafatı T. Hənifəyevə müğənni Sergey Lazarev təqdim edib.

Qeyd edək ki, Kazanda keçirilən müsabiqədə birinci yeri qazaxıstanlı Aleks Lim tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью