İlqarə Kazımova: “Mətbəxdə işləməyi çox sevirəm”

06.10.2026

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova tamaşaçılara görünməyən tərəflərindən danışıb. 

Adalet.az xəbər verir ki, , məişət işlərində daha aktiv olduğunu bildirib:

“Bəlkə də kənardan fərqli görünürəm. Ancaq məni tanıyanlar bilir ki, sadə insanam. Çox həssas biriyəm. Eyni zamanda məqsədyönlü və çalışqanam. Nə qədər ürəyiyumşaq adam olsam da sərt  tərəflərim də var. Yalanı əsla sevmirəm, Ancaq insanlarda mənfi heç nə axtarmıram. Onların həmişə yaxşı tərəflərin görməyə can atıram. Hamını olduğu kimi qəbul edirəm. 
Bilirsiniz, xoşbəxtlik insanın öz əlindədir. Xoşbəxtliyi insan özü yaradır. Bu isə bəzən çox sadəbaş verir. Məsələn, mən mətbəxdə işləməyi çox  sevirəm. Demək olar ki, hazırlaya bilmədiyim xörəklər çox azdır”. 

Əntiqə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью