Icma.az, Axsham.az saytına istinadən bildirir.
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova necə arıqlamasının sirrini açıqlayıb.
Axşam.az xəbər verir ki, o, mədəkiçiltmə əməliyyatı keçirmədiyini və arıqlama iynəsi vurdurmadığını bildirib. İlqarə bu barədə İnstaqramda izləyicilərinin suallarını cavablandırarkən yazıb:
“Heç vaxt mədəmə müdaxilə etdirmərəm. Gözəl həkimlərin sayəsində düzgün qidalanma və rejimlə arıqladım”.