İlya Malinin buz üzərində ardıcıl dörd salto etdi VİDEO

15.07.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-li fiqurlu konkisürən İlya Malinin buz üzərində ardıcıl dörd dəfə arxaya salto edib.

İdman.Biz xəbər verir ki, 21 yaşlı idmançı bu mürəkkəb akrobatik hərəkəti “Sun Valley Summer on Ice” şousuna hazırlıq zamanı yerinə yetirib. Görüntülər sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Arxaya salto fiqurlu konkisürmənin ən effektli və riskli elementlərindən biri hesab olunur. Bu hərəkətin rəsmi yarışlarda icrası uzun müddət qadağan edilsə də, Beynəlxalq Konkisürmə İttifaqı 2024-cü ildə qadağanı aradan qaldırıb. Bununla belə, salto texniki xal qazandırmır və əsasən şou xarakterli element kimi istifadə edilir.

Malinin müasir fiqurlu konkisürmənin əsas ulduzlarından biri hesab olunur. O, beynəlxalq yarışda tam təsdiqlənmiş dördlü akseli uğurla yerinə yetirən ilk idmançı kimi tarixə düşüb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью