İlyas İsmayılov insult KEÇİRİB

09.01.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədalət Partiyasının sədri İlyas İsmayılov insult keçirib.

Modern.az-ın məlumatına görə, bu barədə "Teleqraf.com"a sabiq baş prokurorun yaxın qohumu məlumat verib.

"İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, o xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır", - deyə o əlavə edib.

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

O, 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью