İlyas İsmayılov Nardaran qəbiristanlığında dəfn ediləcək

17.02.2025

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlyas İsmayılovun dəfn yeri məlum olub.

Bu barədə tanınmış jurnalist Elxan Şükürlü öz "facebook" səhifəsində məlumat verib.

O bildirib ki, İ.İsmayılovun cənazəsi sabah 11:00-da Heydər Məscidindən götürüləcək

“İlyas müəllim vəsiyyətinə uyğun olaraq, Nardaran qəbiristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək. Yas mərasimi isə 20 fevralda Heydər Məscidində olacaq" - deyə, Şükürlü bildirib.

Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov bu gün 87 yaşında vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью