İlyas İsmayılovdan boşalan posta kim seçiləcək? Partiya qurultaya gedir

01.04.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ədalət Partiyasının qurultayı keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə APA-ya Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib.

Mütəllim Rəhimli deyib ki, yaxın günlərdə Ədalət Partiyasının qurultayı ilə bağlı partiya rəhbərliyi toplaşaraq qərar verəcək: “Yeni sədrimizi qurultay seçəcək”.
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью