İlyas İsmayılovla vida keçirilir FOTOLAR

18.02.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda Heydər məscidində Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovla vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, vida mərasiminə mərhumun yaxınları, siyasətçilər, ictimaiyyət nümayəndələri qatılıb.

İlyas İsmayılov bu gün dəfn ediləcək.

Qeyd edək ki, İlyas İsmayılov ötən gün vəfat edib.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublikanın Baş prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edirdi.

Ağa Dadaşzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью