Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ədalət Partiyasının Siyasi Şurasının son iclasında partiyanın IX qurultayının keçirilməsi ilə bağlı prosedurlara start verilib.
Partiya nizamnaməsinin tələblərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Qurultayın vaxtını təyin etmək və müvafiq məsələləri müzakirə etmək üçün aprelin 19-da partiyanın ali məclisin iclasının keçirilməsi barədə qərar qəbul olunub.
İclasda partiyanın mərhum sədri İlyas İsmayılovun siyasi irsinin davam etdiriləcəyi bəyan olunub.Bakupost.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Ədalət partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.O, partiyanın Siyasi şurasının 11 üzvünun olduğunu söyləyib: “İlyas bəy rəhmətə getdikdən sonra partiyadan istefa verənlər də oldu.
Onlar sadəcə partiya üzvü kimi qalır. Siyasi şuranın sonuncu iclasında 7 nəfər iştirak edib və qurultay məsələsi müzakirə olunub.
Əsəs fikir o idi ki, partiyanın qurultayının keçirilməsi nizamnamə pozuntusuna yol açır və bu "Siyasi Partiyalar Haqqında" Qanunun pozulması deməkdir.
Sözsüz ki, qurultayın əleyhinə olanlar var. Amma böyük çoxluq qurultayın tərəfdarıdır.