İlyasov Litvada “gümüş” qazandı

13.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamızın üzvü, hazırda Litvada təlim-məşq toplanışında olan Azər İlyasov bu ölkənin Şaulyay şəhərində təşkil olunan Açıq Litva çempionatında gümüş medal qazanıb.

Futbolpress.az xəbər verir ki, yerli idmançılarla yanaşı, ABŞ, İsveçrə və İsrail avarçəkənlərinin də mübarizə apardığı yarışda İlyasov 15 idmançının olduğu yarımfinal mərhələsini uğurla dəf edərək həlledici yürüşə vəsiqə qazanıb.

Yağışlı və küləkli hava şəraitində baş tutan A finalında isə 2000 metr məsafəni 7 dəqiqə, 52 saniyəyə qət edən təmsilçimiz yalnız yerli idmançıdan geri qalmaqla gümüş medala layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью