futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Neftçi”nin futbolçusu İmad Faraj klubu tərk edə bilər.
Futbolpress.az xəbər verir ki, Tunisin “Esperans” klubu vingerin xidmətində maraqlıdır. Bu barədə “Esperance Time” portalı məlumat yayıb.
Xəbərdə Farajın “sarı-qırmzılar”a keçmək istədiyi bildirilib. Klublar arasında danışıqlar davam edir.
27 yaşlı futbolçu 2025-ci ildən “Neftçi”də çıxış edir. O, “ağ-qara” formada 31 oyunda 7 qol vurub.