Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerikanın "Imagine Dragons" pop qrupunun mayın 27-də Milanda keçirilən konsertindən çəkilən görüntülər sosial mediada yayılıb.
Ölkə.Az xəbər verir ki, kadrlarda solist Reynoldsun Fələstin bayrağını götürərək dalğalandırdığı və çiyinlərinə asdığı yer alıb.
Bu an sosial mediada müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu hərəkəti "güclü jest" adlandıraraq dəstəyini ifadə edib, digərləri isə boykot çağırışlarına baxmayaraq qrupun 2023-cü ilin avqustunda Tel-Əvivdəki çıxışını xatırladıblar. Həmin vaxt qrup Tel-Əvivin Yarkon parkında 60 min insanın qarşısında çıxış edib.
Elvin
Ölkə.Az